"Dözə bilmədim, mənə çox pis təsir etdi"

15-05-2017, 13:16           
"Dözə bilmədim, mənə çox pis təsir etdi"
Şou-biznesin iki məşhuru: Könül Kərimova və Elza Seyidcahan arasında qalmaqal yaşanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Kərimova “ATV maqazin 10larla” verilişinə açıqlamasında deyib.

Müğənni verilişlərinin birində rəfiqələri barədə danışıb. Könül həmin vaxt illərdir ki, rəfiqəsi olduğu Elza Seyidcahanın adını çəkməyib. Kərimovanın bu səhvi ona baha başa gəlib. Belə ki, Elza həmkarının ünvanına zəng vuraraq sərt sözlər deyib.
Könül isə məsələyə belə aydınlıq gətirib:

“Həmin verilişə Elza baxırmış. Mən onun adını unutmuşdum. Uman yerdən küsərlər. Daha sonra məclisə getdim, ürəyimdə elə bil Elzayla danışırdım. İki-üçn gün keçdi. Dözə bilmədim, mənə çox pis təsir etdi. Mənim üçün dost itirmək faciədir. Bəziləri belə şeyləri vecinə almırlar. Mən isə özümə qapanıram, depressiyaya düşürəm. Ona mesaj yazdım. Kövrəldik, ağladıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru