Tanınmış yazıçı qətlə yetirilib

16-05-2017, 16:26           

Meksikada tanınmış yazıçı və jurnalist Xavyer Valdes Kardenas qətlə yetirilib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kardenasın avtomobili mayın 15-də Kulyakan şəhərində naməlum şəxslər tərəfindən atəşə tutulub.

Faciə "RioDoce" nəşrinin ofisinin yaxınlığında baş verib. Kardenas bu nəşrin əsasını 2003-cü ildə bir qrup həmfikri ilə qoymuşdu.

Qətlin mafiya haqqında bir neçə kitabın müəllifi olan jurnalistin peşə fəaliyyəti ilə əlaqədar olduğu bildirilir.

Meksika prokurorluğunun məlumatına görə, 2000-ci ildən bəri ölkədə müxtəlif KİV-lərlə əməkdaşlıq edən 100-dən çox insan öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru