Damla Pərviz Bülbülə ilə sevgili olmasından danışdı
17-05-2017, 08:31
Uzun müddətdir müğənni Damla ilə Pərviz Bülbülə arasında yaxın münasibət olduğu danışılır.
teref.az-nun verdiyi xəbərə görə, lent.az saytında canlı yayımda olan müğənni məsələyə aydınlıq gətirib.
Jurnalistin məsələ ilə bağlı sualına, "Efirdə də demişəm, Vasif Əzizovla, Talıb Talehlə, Nurlan Təhməzli və sair ilə oxumuşam. Hamısı ilə sevgiliyəm. Daha Heç kim qalmadı ki… "- zarafat edib.
Müğənni, "Pərvizin çox gözəl ailəsi var, övladları var. Belə şeylər deməyin”. – deyə cavab verib.
Damlaya ədəbsiz təklif: "Pulunu verəcəm…” Yeri gəlmişkən, müğənni Damla lent.az saytında canlı yayımda sənətindən də danışıb. Müğənni ona oxumaması üçün təkliflər yağdığını da deyib.
Damla açıqlamasında qeyd edib ki, ona müğənni kimi fəaliyyət göstərməməsi üçün təkliflər edilir: "Pulunu verəcəm, efirə çıxmaq üçün hər cür şərait yaradacam, müğənnilik etmə! Amma mən müğənniyəm, sənətimi sevirəm”, – deyə müğənni bildirib.