"Oğlum iki il əsir olub" - xalq artisti
17-05-2017, 13:43
ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti Roza Cəlilova olub.
Axşam.az-ın məlumatına görə, xareoqraf 2 dəfə könüllü müharibəyə yollanan və əsirlikdə yaşamış oğlundan danışıb:
“Getmədiyim yer qalmadı. Gedirdim Qazaxa, oradan da “Qırmızı körpü”yə. Eşitmişdim ki, hərdən əsirləri orada dəyişirlər. Demək 2 il getdim. Sonra elə oldu ki, Allah onun qapısını açdı, özü qəhrəmancasına gəldi. İndi də nasazlıq var. Hesab edin ki, 2 dəfə könüllü gedib. Qəzetlərdə, jurnallarda adı çıxırdı. Əlbəttə, mən fəxr edirəm ki, o, özü könüllü getdi. Qaçıb gizlənmədi. Hətta dedim ki, sən mənim tək oğlumsan, getməməyinə hökümət icazə verir. Dedi ki, ana sən belə etsən, mən bir də gəlməyəcəm. Səsimi çıxartmadım, dedim ki, get, sənə halal olsun”.
R.Cəlilova daha sonra qızından və nəvələrindən söz açıb.
“Qızım uşaq vaxtı çox gəşəng oynayırdı. Sonra məktəbi bitirdi, universitetə girdi şərqşünaslığa. İndi universitetdə Türk ədəbiyyatından dərs deyir. Mən razıyam. Amma bu 3 nəvəmi istəyirəm elə rəqs etsinlər ki, məni tanıyanların yarısını tanısınlar. Görürəm, mənim istəyim onlara keçib”.
[media=https://www.youtube.com/watch?v=U_h1t-RSJbs]