“Elariz və xanımı ABŞ-da yaşamaq hüququ qazanıb” - “Greencard”ın rəhbəri

22-05-2017, 15:08           
“Elariz və xanımı ABŞ-da yaşamaq hüququ qazanıb” - “Greencard”ın rəhbəri
Bu gün “Qafqazinfo” müğənni Elariz Məmmədoğlunun “Greencard” udamğı barədə xəbər yayıb. Lakin, o, Azvision.az-a açıqlamasıda dərc edilən məlumatı təkzib edib:

“Mən "Greencard" üçün müraciət etməmişəm. Həm də ingilis dilini bilmirəm. Amerikada gedib nə edəcəm ki... "Greencard” haqqında sadəcə eşitmişdim ki, belə bir şans var. Mən Hindistanda yaşamaq istəyərdim, Amerikada yox. Bəlkə də övladlarım bunu mənim adımdan ediblər. Amma mənim heç nədən xəbərim yoxdur. Özümə də qəribə gəldi”.

“Qafqazinfo” mövzu ilə bağlı bir daha Greencard.az-ın rəhbəri Royal Cəfərovla əlaqə saxlayıb.

O bildirib ki, Elariz Məmmədoğlunun adı uduşu qazananlar siyahısında yer alıb:

“Həmin uduşu Elariz Məmmədoğlunun xanımı Gülnar xanım qazanıb. “Greencard”da belə bir şey var ki, əgər xanım uduşu qazanırsa, avtomatik olar ailə üzvü, həyat yoldaşı həmin uduşun qalibi olur. Elariz Məmmədoğlu özü bizimlə görüşüb, bu prosedurdan xəbəri var ”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru