Biznesmen nişanlısı Aygün Bayramovaya mənzil aldı - 2 milyonluq toy hədiyyəsi

24-05-2017, 08:54           
Biznesmen nişanlısı Aygün Bayramovaya mənzil aldı - 2 milyonluq toy hədiyyəsi
Paytaxt restoranlarının birində toyu çalınacaq xalq artisti, 50 yaşlı muğam ifaçısı Aygün Bayramovaya toy ərəfəsində sürprizlə qarşılaşıb. Belə ki, nişanlısı İran vətəndaşı, "KÖHEL” avtomobi zavodunun sahibi Fəraməz Gərmrudi ona bahalı toy hədiyyəsi edib. Yenicag.az-ın əldə etdiyi məlumata görə 62 yaşlı biznesmen Aygün Bayramovaya dəyəri 2 milyon olan mənzil hədiyyə edib. Gərmrudi Aygünü toy məclisindən birbaşa həmin evə aparacaq. Mənzil Hüseyn Cavid prospektində yerləşir.

Qeyd edək ki, bu, A. Bayramovanın ilk nikahıdır. Xatırladaq ki, İran vətəndaşı olan Gərmrudi 1955-ci ildə İranda anadan olub, 3 qız atasıdır. Qızları ailə qurub, ikisi İranda, biri Almaniyada yaşayır. Artıq baba olan 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur "KÖHEL” avtomobillərinin rəsmi distribüteridir. Gərmrudi Azərbaycanda musiqi aləmində ud ifaçısı və müğənni kimi tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru