Elza Seyidcahan lağa qoyulan şeirlərindən danışdı: "Məni tənqid edənlər..."

25-05-2017, 17:56           

Yazdığı şeirləri ilə daha çox tənqid olunan əməkdar artist Elza Seyidcahan dilə gəldi.

Açıqlamasın da əməkdar artist onun şeirləri ilə bağlı deyilənlərə əhəmiyyət vermədiyini bildirib. Müğənni şeirlərində dərin fəlsəfənin yatdığını əlavə edib: "Ağı qaradan, pisi yaxşıdan ayıran insanam. Özümü kənardan görə bilirəm. Bəziləri kimi özümün aşiqi deyiləm. Mən Allahın aşiqiyəm. Bilirsiz, əvvəllər də şairlərimizi, bəstəkarlarımızı təndiq edirdilər. Amma yıxa bilməyiblər, onlar indi də yaşayırlar. Məni də bu cür tənqid edirlər".

Əməkdar artis özünü fotomodel kimi də gördüyünü deyib: "Özümü fotomodel kimi görürəm. Maşallah, Allah tərəfindən verilən ağzım, burnum ,gözüm, qaşım hamısı yerindədir. Mən başdan-ayağa ətdənəm, silikondan deyiləm".

Elza Seyidcahan bədəninin bəzi yerlərini sığortalamaq istədiyin də əlavə edib: "Mən heç kəs də olmayan xasiyyətimi və gözlərimin rəngin sığortalayardım. Çünki gözəllik gəldi gedərdi.”//azxeber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.