Azərbaycanın əməkdar artisti: “Məni boşayıb Sevdanı aldı” (VİDEO)

7-06-2017, 20:33           

Əməkdar artist Ruhəngiz Musəvi şəxsi həyatından danışıb.

“APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, illər öncə boşanıb və hazırda həyatında sevdiyi bir bəy yoxdur: “Anlar olub ki, qadın kimi xoşbəxtliyimi yaşamışam. Amma indi mənim sevgim sənətimdi. İki dəfə ailə qurdum, boşandım. İndi sevdiyim bir şəxs yoxdur. Amma məni sevənlər var. Evlilik təklifləri də olur. Amma mən yenidən ailə qurmaq istəmirəm”.

Müğənni bildirib ki, ilk evliyi idmançı Çingiz Eyvazovla olub və həyat yoldaşı ondan ayrılandan sonra müğənni Sevda Əliqızı ilə ailə qurub: “Məndən ayrılandan sonra Sevda ilə evləndi. İndi mənim Sevda ilə münasibətim də yaxşıdır. Buna bəziləri təəccüblənir ki, bu, necə ola bilər? Buna görə məni qınayanlar da çox oldu. Amma illər sonra Sevdadan da ayrıldı, indi başqa bir ailəsi var”.

Qeyd edək ki, Ç.Eyvazov bu günə qədər 4 xanımla ailə qurub. R.Musəvi onun 1-ci, S.Əliqızı isə 3-cü xanımı olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru