"Mənə deyirlər ki, bizi Türkiyədə biabır edirsən" - Məlahət Abbasova

12-06-2017, 21:29           
"Mənə deyirlər ki, bizi Türkiyədə biabır edirsən" - Məlahət Abbasova
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova sosial şəbəkədə ünvanına yazılan tənqidlərə əsəbiləşib.

Axşam.az-ın məlumatına görə, aktrisa “ATV maqazin onlarla” verilişində həmyerlilərinin onu pisləməsinə üzüldüyünü deyib:

“Məni tənqid edirlər ki, hər zaman bədbəxt, kəndçi qadın obrazını oynayırsınız. Bizim adımızı batırırsınız. Çox kök görünürsünüz. Tamaşaçılar çox mənasiz fikirlər yazır. Bunlar da məni üzür. Yazılanları menecerlərim, oradakı aktrisalar oxuyurlar. Deyirlər ki, sizdə necə aktrisalar var? Onlar belə qadınları canlandıranda qırmızı boya sürtüb, kirpik taxıb, dəbdəbəli geyinir? Türkiyədə aktyor nə qrimə, nə kostyuma qarışa bilər. Orada hər kəs işini gözəl bilir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru