Azərbaycanlı məşhur müğənnidən ŞOK SÖZLƏR: "Pula görə özlərini... "
25-07-2017, 23:14
"Hələ ki, həyatımda heç kim yoxdur. Ancaq özümü sevirəm. Kimsə toy üstündə piar edib, pul qazana bilər. Toy edirlər ki, pul qazansın, yarım ildən sonra da boşanırlar".
Bu sözləri müğənni Eldar Qasımov "Lider maqazin"ə açıqlamasında deyib.
"Heç vaxt kiməsə görə evlənmərəm. Heç kim vecimə deyil. Mənim reklamım musiqim, işimdir. Mənim üçün ailə quracağım xanım ağıllı olmalıdır. Bəlkə bir neçə il əvvəl deyərdim ki, sarışın, ayaqları uzun qız bəyənirəm. İndi onlara fikir vermirəm. Sadəcə görüşmək xatirinə kiminləsə görüşmərəm. Birgə yaşamaq üçün tərəflərdən biri ağıllı olmalıdır. Bizdə də xanım olsa yaxşıdır".