“Jara” Beynəlxalq Musiqi Festivalının ilk günündə qala-konsert təqdim edilib

28-07-2017, 08:46           
“Jara” Beynəlxalq Musiqi Festivalının ilk günündə qala-konsert təqdim edilib
Bakının “Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidindən sonra qala-konsert təqdim edilib. APA-nın xəbərinə görə, ilk olaraq festivalın təşkilatçısı Emin Valeriya ilə “Bakıya qaçaq” mahnısını ifa ediblər. Daha sonra Emin və Qriqori Leps duet oxuyub.

Sonra Svetlana Loboda, Azad Şabanov, Ani Lorak, Timur Rodriges, Potap və Nastya və başqaları məşhur hitlərini təqdim ediblər.

Qala-konsertə Andrey Malaxov və Yana Çurikova aparıcılıq edib.

Qeyd edək ki, iyulun 28-də festival çərçivəsində qala-konsert və məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecəsi keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru