Nadir Qafarzadə bütün əsəbini sosial şəbəkəyə tökdü: "Demə erməni düşmənim deyilmiş...."

18-08-2017, 20:35           

Son günlər paylaşımlarına görə sərt tənqidlərə məruz qalan müğənni Nadir Qafarzadə İnstagram səhifəsini bağlaması ilə bağlı saytlarda yer alan xəbərlərə münasibət bildirib.

BiG.AZ xəbər verir ki, müğənni bildirib ki, Demə erməni düşmənim deyil, düşmənim öz içimdədir:

"Deyirəm,mən olmasaydım bəzi saytlar necə çörək pulu qazanıb evlərine aparardılar? Allahım, şükür Nadirin böyüklüyünə. Yazın, yazın, yazın! Mənim sayəmdə, yalanlarla dolu, məqalələrinizi, savadsız oxucularınızda oxuyub, savadlansınlar! Yenə, sayəmdə! Bu günlər gündəmi almışam əlimə. Bilirsiniz, el arasında mənə " İt, oynadan Nadir də deyirlər" Hətta sənətdə heç bir şey şey etmeyib, kaftar yaşına çatanlar da sayəmdə reklam olunmaq üçün, dəridən qabıqdan çıxırlar! Var ol, Nadir! Nə yaxşı ki, varsan! Allah, səni xarici yox, daxili düşmənlərdən qorusun! Dahi Nadir. Demə, erməni düşmənim deyilmiş, düşmənim öz içimdədir! Şükür, Allaha ki, indi anladım".

Qeyd edək ki, müğənni Nadir Qafarzadə sosial şəbkələrdə irad və tənqidlərə məruz qalır.

Mirvari Nəcəf













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru