Könül Xasıyevaya pul atan müğənni barədə məhkəmə qərarı - HƏBS OLUNDU

21-08-2017, 14:33           
Könül Xasıyevaya pul atan müğənni barədə məhkəmə qərarı - HƏBS OLUNDU
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib.

Bu barədə “Qafqazinfo”ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.

Vəkil operativ işi həyata keçirən hər kəsə təşəkkürünü bildirib:

“Xatirə Hacıyeva barəsində məhkəmə iki aylıq həbs qətimkan tədbrii seçib. Nərimanov rayon polis idarəsinin rəisi Nəriman İmanova, istintaq şöbəsinin rəisi Vüqar İsmayılova, operativ işlədiyi üçün müstəntiq Racib Almazova öz təşəkkürümüzü bildiririk”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru