Kobranın sancdığı məşhur azərbaycanlıdan yeni xəbər - Foto

28-07-2018, 08:57           
Kobranın sancdığı məşhur azərbaycanlıdan yeni xəbər - Foto
Antalyada kobra ilanının sancdığlı məşhur azərbaycanlı illüziyaçı Arif Qafuridən yeni xəbər var.

Axar.az xəbər verir ki, Türkiyədən xüsusi təyyarə ilə Misirə aparılan Qafurinin səhhəti artıq normallaşıb və geri qayıdacaq.

Misirin paytaxtı Qahirədə Qəsr ən-Nil xəstəxanasında müalicə alan Qafuriyə zəhər əleyhinə 24 iynə vurulub.

Türkiyənin Misirdəki səfiri Kəmaləddin Əruygur Qafurinin səhhəti ilə maraqlanıb, onu yalnız buraxmayıb.

Qeyd edək ki, Arif Qafuri tamaşalarının birində nümayiş etdirdiyi kobranın hücumuna məruz qalıb. O, Türkiyədə ilkin müdaxilənin ardından xüsusi təyyarə ilə Misirə göndərilib.

Arif Qafuri 18 dekabr 1989-cu ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulub. 18 yaşında İstanbul Texniki Universitetinə daxil olub, daha sonra isə Yaxın Şərq Texniki Universitetində təhsilini davam etdirib.

Acun Ilıcalının "Yetənək Sizsiniz" yarışmasına qatılan Qafuri illüziya tamaşaları ilə qısa zamanda məşhurlaşıb.

O, 2011-ci ildə "Dünyanın ən ekstremist sehirbazı" mükafatını qazanıb. Qafurinin "Sehir pozan" (2014) adlı kitabı da var.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.