İlbər Ortaylının tezisləri Azərbaycanda etizla qarşılandı...
24-04-2019, 16:31
Bir neçə gün əvvəl Azərbaycana gələn türk tarixçi İlbər Ortaylı barədə ölkəmizdə müxətlif fikirlər səsləndi.
Orman.Az xəbər verir ki, açıqlamaları daim qalmaqal yaradan türk tarixçi Azərbaycanda da birmənalı olmayan fikirlər səsləndirib.
Şair Həmid Herisçi Ortaylının Azərbaycandakı çıxışına, daha doğrusu dahi Azərbaycan şairi Nizami ilə bağlı söylədiyi fikirlərə qarşı etiraz edib. O, bildirib ki, İlbər Ortaylının Nizamini fars şair kimi təqdim etməsi Nizamini təhqir etmək deməkdir. Həmid Hersiçinin bu barədə fikirlərini təqdim edirik:
“İlbər Ortaylı adlı birisinin Azərbaycana gəlib burda ümummilli, ümumdünya klassikimiz Nizami Gəncəvini bir növ təhqir etməsinə, onu yazdığı dilə görə fars şairi elan etməsinə qəti etiraz edirəm. Bir başıpapaqlı ortaya çıxıb ona demədi ki, bəs bu məntiqlə heç Mövlananın daTürkiyəyə heç bir dəxli yoxdu. Axı o da farsca yazıb. Niyə sizdə bu qəbulediləndi, bizdə yox? Mövlana Türkiyə üçün kimdirsə, Nizami də Azərbaycan üçün odur. Necə olur Mövlana bütün Türkiyə turistik marşrutlarındadı, şəkli, əsərləri, icad etdiyi “Səma” rəqsi bir növ Türkiyənin simvoludu, bizə gələndə isə bu təcrübə sual altındadı?
Nə isə…Nizamiyə toxunmayın…O da bizim Mövlanadır.
Nizamini linqvistik dili, bəli, farscadı, amma onun semiotik, işarələr dili 12-ci əsrdəki fars ( bu dil o vaxt fars deyil, dari dili adlanırdı) dilindən xeyli fərqlidi. Nizami realistdi, Xaqani realistdi öz əsərlərində. O vaxtkı farsdilli şairlər isə daha çox səma şairləri idilər, mistik idilər. Nizami, Xaqani məktəbindən xeyli uzaqda, kənarda idilər.
Budu fərqimiz.
İlbər Ortaylıya savad bir də savad arzu edərdim.
P.S. Mövlana, yerli gəlmişkən əsl fars şairi kimi elə mistik idi. Nizami, Xaqani kimi realist şair deyildi. Demək fars məhz odu, Nizami yox”.