“Ermənilərin silahlandırılıb türkləri qətlə yetirməsində fransızların da günahı var”

27-04-2019, 00:00           
“Ermənilərin silahlandırılıb türkləri qətlə yetirməsində fransızların da günahı var”
Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy 1915-ci il hadisələri və Fransanın mövqeyi ilə bağlı açıqlamalar verərək deyib: “Fransa prezident Emmanuel Makronun aprelin 24-nü anım günü elan eləməsini unutmayacağıq, onun bu davranışı cavabsız qalmayacaq. Bir əsr əvvəl ermənilərin silahlandırılıb türkləri qətlə yetirməsinə görə fransızlar məsuliyyət daşıyırlar”.

“Ermənilərin dövlətçilik ənənələrinə sahib olmadıqlarını göstərir”

Aksoy mövzu ilə bağlı fikirlərini belə davam etdirdi: “Ermənistanın mətbuat nümayəndəsinin üslubu və istifadə elədiyi kəlmələr Ermənistanın hələ dövlətçilik ənənəsinə sahib olmadığını göstərir. Türkiyəyə inkarçı demək geridə qalmış zehniyyətin əlamətidir. Söz azadlığımızın qarşısını almaq cəhdidir. Mətbuat katibinin Ermənistandakı milli arxivlərin açıq olduğunu iddia eləməsinə rəğmən, bu arxivlər əslində açıq deyil. Sadəcə, erməni iddialarının doğruluğunu isbat eləyən hissələri açıqdır”.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.