NATO-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "Qəbul edilməyəcək"

18-07-2019, 09:56           
NATO-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: "Qəbul edilməyəcək"
“Türkiyə S-400-dən daha qiymətlidir”.

Publika.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Aspen İnstitutunun illik təhlükəsizlik konfransına qatılan baş katib Türkiyənin Rusiyadan S-400 müdafiə kompleksləri ilə bağlı danışarkən bildirib ki, bir NATO müttəfiqi kimi Türkiyə bir razılaşmadan daha üstündür: “Türkiyənin NATO-ya faydası və NATO-nun Türkiyə ilə əməkdaşlığı F-35-lərdən çox daha dərin və genişmiqyaslıdır. S-400 məsələsini alçaltmıram, amma bir NATO müttəfiqi kimi Türkiyə S-400-dən daha dəyərlidir. Necə bir müdafiə sistemi alacağına ölkənin özü qərar verir. Lakin NATO üçün əhəmiyyətli olan şey bu sistemlərin NATO sistemləri ilə uyğunlaşdırılmasıdır. Türkiyənin aldığı müdafiə sistemləri NATO-nunkulara inteqrasiya edilməyəcək. Çünki bu sistemlər bir yerdə işləyə bilməz. Türkiyə də belə bir tələb göndərməyib”.

S-400-ə sahib olduqdan sonra Türkiyənin alyansdan çıxması məsələsinin gündəmə gəlməsi ilə bağlı danışan Stoltenberq qeyd edib ki, heç bir müttəfiq bunu tələb etməyib: “Türkiyə əhəmiyyətli NATO müttəfiqidir. Heç bir müttəfiq bu məsələni gündəmə daşımayıb. Çünki görürük ki, bir-birimizə bağlıyıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru