Türkiyədən F-35 AÇIQLAMASI

18-07-2019, 22:02           
Türkiyədən F-35 AÇIQLAMASI
Türkiyənin Müdafiə Sənayesinin rəhbəri İsmail Demir Ağ Evin Türkiyəni F-35 proqramından çıxarması qərarı ilə bağlı belə bir açıqlama verib: “F-35 hadisəsində bu günə qədər hər bir ödəməni, öhdəliyimizi qüsursuz şəkildə yerinə yetirdik. Birtərəfli şəkildə təxirə salmaq qərarı verilib. Müqavilələrdə yeri olmayan bir qərardır. Rəsmiləşdirilməsini gözləyirik. Qeyd edim ki, burada proqramdan çıxarılma yox, təxirə salmaq ifadəsindən istifadə edilir. Çıxarılmanın özünəməxsus hökmləri ola bilər.

Türkiyənin kənarlaşdırılacağı təqdirdə, hər bir təyyarənin maya dəyəri 7-8 milyon dollardan çox artacaq. Türkiyə məcbur olmadıqca, xarici avadanlıqlar almayacaqdır. Türk şirkətləri müvəqqəti itkilərlə qarşılaşa bilər, lakin sənayemiz bu vəziyyətdən güclənərək çıxacaqdır”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru