Qardaş ölkədə sel fəlakəti: 7 nəfər öldü 20-07-2019, 07:30 Türkiyənin Düzcə vilayətində sel və daşqınlar insan tələfatına səbəb olub.Axar.az xəbər verir ki, təbii fəlakət nəticəsində 7 nəfər itkin düşüb. Onlardan 4-nün azyaşlı olduğu qeyd edilir.Təbii fəlakət nəticəsində vilayətin 23 yaşayış məntəqəsi arasında əlaqənin də kəsildiyi bildirilir.Qeyd edək ki, bundan öncə Trabzonda eyni səbəbdən 76 nəfər təxliyə edilmişdi, 3 nəfər isə həlak olmuşdu. Facebook-da paylaş