ABŞ Türkiyədə "S-400" RLS-in sınağı zamanı "F-16"-dan istifadə edilməsindən narahatdır

27-11-2019, 09:47           
ABŞ Türkiyədə "S-400" RLS-in sınağı zamanı "F-16"-dan istifadə edilməsindən narahatdır
Türkiyə hökuməti tərəfindən Rusiyadan əldə edilən “S-400” zenit-raket sistemlərinin radiolokasiya stansiyalarının sınaqdan keçirilməsi zamanı Amerikanın “F-16” qırıcı bombardmançılarından istifadə edilməsi Vaşinqtonda ciddi narahatlıqlara səbəb olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo bununla bağlı jurnalistlərin ünvanladığı sualı cavablandırarkən bildirib.

“Türkiyə və “S-400” haqqında ilk sualınıza gəlincə... Bəli, bu narahatlıq doğurur”, - Pompeo belə deyib.

Eyni zamanda, dövlət katibi ABŞ və Türkiyənin Ankaranın Moskvadan “S-400” zenit-raket sistemləri almasından sonra yaranmış vəziyyətdən çıxış yolu əldə edilməsi üçün dialoqların davam etdiyini də bildirib. O, Türkiyənin yeni addımının Vaşinqtonun Ankaraya qarşı sanksiyalar tətbiq etməsi baxımından hər hansı bir xüsusi əhəmiyyət kəsb edib-etməməsi sualına cavab verməkdən imtina edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru