Türkiyə bu ölkələri qorumaqdan imtina etdi – Sensasiya

27-11-2019, 10:59           
Türkiyə bu ölkələri qorumaqdan imtina etdi – Sensasiya
Türkiyə hakimiyyəti NATO-nun Baltikyanı ölkələri və Polşanı qorumaq planını dəstəkləməkdən imtina etdi.

Teref.az xəbər verir ki, bu sözləri alyansın adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi deyib.

“NATO üzvü olan Türkiyə olduqca çətin siyasi oyun aparır. Bir tərəfdən Ankara alyansda qalır, digər tərəfdən isə xarici siyasəti ilə bağlı, xüsusilə Suriya məsələsində alyansın əsas ölkələrindən dəstək almır. NATO-nun Baltikyanı ölkələri qorumaqla bağlı strategiyasını Türkiyə dəstəkləmək istəmir”, – deyə bildirilib.

Qeyd edək ki, 2014-cü ildə NATO Rusiyanı özünün əsas strateji rəqibi elan edib. Bu səbəbdən Rusiyanın qərb sərhədləri yaxınlığında hərbi təsirini gücləndirməyə başlayib. /Axar.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru