Rusiya nazirləri Türkiyəyə aparan təyyarə yarı yoldan geri qayıdıb

16-06-2020, 15:10           
Rusiya nazirləri Türkiyəyə aparan təyyarə yarı yoldan geri qayıdıb
Rusiya planlı şəkildə İstanbul ziyarətini təxirə saldı.

Teref.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Taha Dağlı köşə yazısında deyib.

O bildirib ki, rusiyalı nazirləri gətirən təyyarə artıq yola düşmüşdü:

"Ancaq son anda planda dəyişiklik etməyə məcbur oldular və İstanbula gələn təyyarə geri qayıdaraq Krıma endi. Çünki rusların məqsədi Türkiyəni Liviyada atəşkəsə məcbur etmək idi. Türkiyə isə Liviya ordusu ilə birgə Sirt şəhərini Haftardan geri almayana qədər atəşkəs istəmir. Haqlı olaraq. Çünki Rusiyanın istəyi ilə təşkil olunacaq atəşkəs masasında Haftar da yer alacaq. Haftarın olduğu atəşkəs prosesinin uzunmüddətli olması da qeyri-mümkündür”.

(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru