İLGİNC: Mənsimov şəxsi təyyarəsi ilə Pensilvaniyaya doktor aparıb - FƏTULLAH GÜLƏNİ MÜALİCƏ ETMƏYƏ...

16-06-2020, 16:25           
İLGİNC: Mənsimov şəxsi təyyarəsi ilə Pensilvaniyaya doktor aparıb -
“Palmali” şirkətlər qrupunun hazırda həbsdə olan sahibi Mübariz Mənsimovun FETÖ silahlı terror təşkilatı ilə əlaqələrinə dair daha bir iddia ortaya atılıb.

Virtualaz.org xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Denizhaber” portalının baş redaktoru Recep Canpolat Mübariz Mənsimovun “Palmali” şirkətinə məxsus özəl təyyarə ilə Türkiyədən ABŞ-ın Pensilvaniya ştatına, Fətullah Gülənin yanına hazırda “Hürriyet” qəzetinin baş redaktoru olan tibb professoru Osman Müftüoğlunu apardığını iddia edir.

Onun bildirdiyinə görə, Fətullah Güləndə prostat vəzisi problemi olub və doktor Osman müftüoğlu onu müalicə etdiyi müddətdə “Chestnut Camp”da qalıb. Fətullahın adamları Mənsimova və ona orada hərtərəfli qayğı göstəriblər.

Canpolat iddia edir ki, Mənsimov və Müftüoğlu “Palmali” şirkətlər qrupuna daxil olan “Palmali Air” şirkətinə məxsus olan, TC-MMG bort nişanlı “Dassault Falcon” təyyarəsi ilə Pensilvaniyaya gediblər.

O, Mənsimova suallar ünvanlayır, Fətullahı müalicə etmək üçün Müftüoğluna nə qədər pul ödədiyini açıqlamağa çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru