"Mənsimovla vaxtaşırı görüşürük" - Türkiyənin Azərbaycandakı səfiri

17-06-2020, 19:50           
"Mənsimovla vaxtaşırı görüşürük" -
“Mais Mənsimov hazırda Türkiyənin fəxri konsulu vəzifəsinin icrasını davam etdirir”.

Pravda.az xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral deyib.

FETO işinə görə saxlanılan “Palmali” Şirkətlər Qrupunun prezidenti, milyarder Mübariz Mənsimovun qardaşının bu vəzifəni icra etməsinə münasibət bildirən səfir bunda problem olduğunu düşünmür: “Hər kəs törətdiyi cinayətə görə özü məsuliyyət daşıyır. Bu səbəbdən Mais Mənsimov hazırda öz vəsifəsinin icrasını davam etdirir. Zərurət yarandığı hallarda işlə əlaqədar Mais müəllimlə vaxtaşırı görüşürük. Mübariz Mənsimovun məhkəməsinə gəlincə isə onu demək istərdim ki, proses davam etdiyindən onun hansısa məsələdə cinayət törətməsi təsbit olunmayıb”.

Səfirliyin Mənsimovlar ailəsinin digər üzvləri ilə təmas qurub-qurmadığı sualımızı isə səfir belə cavablandırıb: “Mənsimovlar ailəsi ilə rəsmi səviyyədə maraqlanmağımız üçün bu günə qədər heç bir səbəb olmayıb”.Sfera.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru