Ata doğma qızını güllələdi, özü intihara cəhd etdi - DƏHŞƏTLİ HADİSƏ

21-06-2020, 09:55           
Ata doğma qızını güllələdi, özü intihara cəhd etdi -
Türkiyədə ata doğma qızını güllələyib.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbakirin Ergani rayonunda anası ilə birlikdə yaşayan 20 yaşlı Merve Konukoğlu 10 gün sonra imtahana getmək üçün qardaşının Elazığdakı evinə gəlib.

Qızının şəhərdə olduğunu eşidən ata Mikail Konukoğlu onu görməyə gedib. Qızı 63 yaşlı atası ilə görüşmək istəməyib. Səbəb uzun müddət anasından boşanması olub.

O, qızına silahla 3 dəfə ataş açıb. Sonra özünü vurub. Merve hadisə yerində ölüb. Vəziyyəti ağır olan Mikail xəstəxanaya aparılıb.

Məlum olub ki, 4 ay öncə Mervenin "Twitter"də "hərkəsi bağışlayaram, atamı əsla" paylaşımını atası görüb və bəyənib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.