Türkiyə bu ölkədə 3 yeni hərbi baza qurur

22-06-2020, 10:41           
Türkiyə bu ölkədə 3 yeni hərbi baza qurur
Türkiyə İraqın şimalında 3 yeni hərbi baza yaradacaq.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” nəşri məlumat yayıb.

Bildirilib ki, antiterror əməliyyatı Haftanindən sonra Sinat bölgəsinə yönəldiləcək və terrorçulardan təmizlənən bu xətdə 3 yeni hərbi baza yaradılacaq.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya qarşı keçirdiyi “Pəncə-Qartal” və “Pəncə-Qaplan” əməliyyatları zamanı Haftanində 700 hədəfi məhv edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru