Daha bir ölkədə karantin rejimi sərtləşdirildi - "Əhalinin qaydalara riayət etməməsi səbəbindən..."

23-06-2020, 12:08           
Daha bir ölkədə karantin rejimi sərtləşdirildi -
Qazaxıstanda karantin rejimi yenidən sərtləşdirilib.

Milli.Az "The Astana Times"-a istinadla xəbər verir ki, Qazaxıstan höküməti koronavirusla mübarizə məqsədi ilə karantin rejiminin sərtləşdirildiyini elan edib.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü məlumatına əsasən Qazaxıstanda koronavirusa yoluxanların sayı 18 mini keçib. 11 min nəfər bu virusdan sağalsa da, 127 nəfər Covid-19 virusu səbəbindən dünyasını dəyişib.

Məlumatda bildirilir ki, koronavirusa yoluxan şəxslər arasında yüksək vəzifəli şəxslər də var. Belə ki, Qazaxıstanın Səhiyyə naziri Elcan Birtanova, Baş nazirin müavini Yeraly Tugzhanov, Qazaxıstan parlamentinin (aşağı palatanın) sədri Nurlan Niqmatulin və Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev bu virusa yoluxub.

"Əhalinin sərt karantin rejimi tədbirlərinə kütləvi şəkildə riayət etməməsi səbəbindən ölkədə koronavirusla bağlı vəziyyət çətin olaraq qalır, lakin, hər şey hələ də hökumət tərəfindən nəzarətdə saxlanılır", - Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev rəsmi Tvitter hesabında yazıb.

Qeyd edək ki, Qazaxstanın Nur-Sultan, Almatı, Qaraqanda, Çimçənt, Pavlodar və Ekibastuz şəhərlərində həftəsonları ticarət və əyləncə mərkəzlərinin, fitness mərkəzlərinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Yalnız sosial məsafə gözləmək şərti ilə açıq havada fəaliyyət göstərən kafelərin işləməsinə icazə verilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.