Ərdoğandan "erməni soyqırımı" iddialarına cavab üçün yeni addım

23-06-2020, 12:20           
Ərdoğandan "erməni soyqırımı" iddialarına cavab üçün yeni addım
Türkiyədə "erməni soyqırımı" iddialarına cavab vermək və yeni strategiya müəyyənləşdirmək üçün müstəqil qurum yaradılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Ali Müzakirə Şurasının iclasında məsələ qaldırılıb. Keçirilən brifinqin ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan lazımi işlərin görülməsi üçün təlimat verib. Yeni yaradılacaq qurumun dövlət və hökumətdən asılı olmadan fəaliyyət göstərəcəyi nəzərdə tutulur.

Məlumata görə, "erməni soyqırımı" iddiaları ilə bağlı yeni strategiya müəyyənləşdirilməsi təklifi bundan 3 ay əvvəl, ABŞ Konqresində qondarma "erməni soyqırımı"nın tanınması haqda qətnamənin gündəmə gəldiyi və ABŞ məhkəmələrində ermənilər tərəfindən açılan davalara baxıldığı zamanlarda irəli sürülüb.

Ali Müzakirə Şurasında keçirilən brifinqdə Türkiyənin "erməni soyqırımı" iddiaları ilə birbaşa maraqlanan, bu məsələdə arqument və strategiya müəyyənləşdirən müstəqil bir qurumunun olmadığı dilə gətirilib. Müvafiq nazirliklərin bu barədə müəyyən addımlar atdığı, lakin tam şəkildə bir siyasət aparılmadığı ifadə edilib.

Brifinqdə soyqırımı iddiaları ilə bağlı 5 universitetin iştirakı ilə hazırlanan hesabat da müzakirə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.