Türk jurnalist Ərdoğanın xanımının çantasına görə hakim qarşısında

25-06-2020, 00:08           
Türk jurnalist Ərdoğanın xanımının çantasına görə hakim qarşısında
Türkiyənin “Evrensel” qəzetinin əməkdaşı Ender İmrek prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşının çantası haqda yazdıqlarına görə mühakimə olunur. Jurnalist bu gün hakim qarşısına çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Ender İmrek özünü təqsirli bilmir. “Evrensel”in əməkdaşı “Par-par parıldayırdı Hermes” yazısında Əminə Ərdoğanı təhqir etmədiyini bildirir.

Yazı təxminən bir il əvvəl – keçən il iyunun 29-da dərc olunmuşdu. Burada Əminə Ərdoğanın geyimə və şəxsi əşyalara böyük pul xərclədiyindən bəhs edilmişdi. Elə “Hermes” çantanın bahalığından da söz açılmışdı.

İttihamçı tərəf Ender İmrekin Türkiyə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyir. Belə olarsa, jurnalist iki ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ender İmrek məhkəmədə yazıda təhqir yox, tənqid olduğunu söyləyib. O, hakim qarşısına çıxarılmasını söz azadlığının boğulması cəhdi kimi qiymətləndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru