İstanbulda kanalizasiya quyularına qum torbaları atan kimdir? - VİDEO

25-06-2020, 21:19           
İstanbulda kanalizasiya quyularına qum torbaları atan kimdir? - VİDEO
Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin yağışlı havalarda şəhəri su basması üçün qeyri-adi yola əl atdıqları iddia edilir.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul bələdiyyəsi işçiləri tutulan kanalizasiya quyularına baxış keçirərkən çox sayda 30 kiloqramlıq qum torbaları tapıblar. Məsul şəxslər, bu hadisənin təxribat xarakterli edildiyini bildiriblər. İddia edilib ki, son günlər İstanbulda güclü yağışların müşahidə edilməsini fürsət bilən naməlum şəxslər bu əməlləri ilə İstanbul küçələrinin sular altında qalmasını hədəfləyiblər. Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru