Türkiyədə baş verən zəlzələ dağıntılara səbəb olub

26-06-2020, 00:17           
Türkiyədə baş verən zəlzələ dağıntılara səbəb olub
Türkiyənin Van vilayətinin Özalp rayonunda iyunun 25-də yerli vaxtla saat 13:03-də qeydə alın Rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ bəzi dağıntılara səbəb olub. Ən son məlumata görə, ətraf vilayətlərdə də hiss olunan yeraltı təkan nəticəsində 5 ev tamamilə dağılıb, 7 evdə zədələr aşkarlanıb. Beş nəfərin yaralandığı bildirilir.

AZƏRTAC xəbər verir ki, təbi fəlakət bölgəsinə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) 18 nəfərlik heyəti ezam olunub. Fəsadların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində işlər aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru