“Türkiyə “Cufru”ya toxunarsa, Liviyaya ordu yeridəcəyik” - Misirli general

26-06-2020, 00:55           
“Türkiyə “Cufru”ya toxunarsa, Liviyaya ordu yeridəcəyik” - Misirli general
Naser adına hərbi akademiyanın (Qahirə) milli təhlükəsizlik məsələləri üzrə professoru, Misir silahlı qüvvələrinin general-mayoru Mohəmməd Kaşkuş hesab edir ki, Türkiyə Liviyadakı bütün əsas hərbi bazalar üzərində nəzarət etməyə köklənib.

Ankara artıq «Mitiqa» və «Əl-Vatiya» aviabazalarını, həm də Liviyanın şimal-qərbindəki Misurat liman şəhərindəki hərbi obyektləri faktki olaraq, öz nəzarəti altına alıb. Sonuncu, Türkiyə üçün Suriya döyüşçülərini və zərbə sistemlərini Liviya cəbhəsinə tullamaq üçün aralıq məntəqəyə çevrilib. Misirli general bildirib ki, indi Liviyadakı Milli Razılıq Hökumətinə söykənərək, Türkiyə diqqətini «Cufra» aviabazasına yönəldib. Bu obyekt Liviyanın mərkəzi hissəsində yerləşir.

«Bu, mümkün olarsa, Misirin müdafiə buferini pozar (ölkənin qərb sərhədində) və onun hərbi fəaliyyəti üçün hüquq yaradar - özünümüdafiə hüququ istiqamətində…» - deyə, Misirin Əl-Əhram nəşri iyunun 25-də Kaşkuşdan sitat gətirib və faktiki olaraq, Misir tprezidenti Əbdül Fəttah əs-Sisinin dediklərini təkrarlayıb.

Misirli generalın sözlərinə görə, «vacibdir ki, hamı Misirin Qərb hərbi dairəsinin imkanlarını yada salsın».

«Burada xüsusi təyinatlılar, desantçılar, artilleriya və başqaları var. Onlar çox sürətlə yerləşdirilə bilərlər ki, ön müdafiə birləşmələri formalaşdırılsın və «qırmızı xətt» əldə saxlansın. Çoxsaylı təlimlər zamanı gördüyümüz kimi, onların imkanları qarşıya qoyulmuş tapşırıqlarla üst-üstə düşür» - hərbi-mütəxəssis qeyd edib.

Kaşkuşun fikrincə, Liviyada islamçı-döyüşçülərin iştirakı artıq çoxdan Misir üçün ciddi təhlükəyə çevrilib.

«Türkiyənin Liviya işlərinə müdaxiləsi və cihadçı-muzdluları bizimlə qonşu ölkəyə tullaması bu təhlükəni bir qədər də dərinləşdrir. Heç kim Misiri günahlandıra bilməz ki, o, özünün qanuni özünümüdafiə hüququnu önə çəkir və hərbi gücə əl ata bilər - milli təhlükəsizliyini müdafiə etmək üçün birbaşa müdaxiləyə qədər… Nəhayət ki, bu tapşırığı Misirin əvəzinə heç kim yerinə yetirməyə hazırlaşmır» - Kaşkuş qeyd edib.

Maraqlıdır, uzun illərdir ki, İsrail Misirlə həmsərhəd olan Fələstinin «başında turp əkir» - yəhudilər hər dəfə Qəzza zolağını bomalayan zaman, Misir hakimiyyəti tələsik sərhəd keçidlərini bərk-bərk bağlayır. Belə çıxır ki, İsrailin hücumları Misirin milli təhlükəsizliyinə təhdid deyil. Görünür, 6 günlük müharibədə Misirin gözü bərk qorxub. O zaman İsrail aviasiyası heç bir itki vermədən, cəmi 3 saat ərzində Misir ordusunu darmadağın etmişdi. Əs-Sisi unudur ki, Türkiyə ilə də «zarafat» etmək olmaz…

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.