Türkiyədə neft emalı zavodunda yanğın baş verib 26-06-2020, 08:05 Türkiyənin Ordu vilayətində neft emalı zavodunda yanğın baş verib.Trend-in məlumatına görə, yanğın Altınordu rayonunda zavodun bölmələrinin birində olub.Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və polis əməkdaşları göndərilib.Yanğınsöndürənlərin müdaxiləsindən sonra yanğın söndürülüb. Yanğının səbəbi məlum deyil. Facebook-da paylaş