Türkiyədən ABŞ-a çağırış:"Qoşulduğumuz beynəlxalq sazişlərə əməl edirik"

28-06-2020, 17:51           
Türkiyədən ABŞ-a çağırış:"Qoşulduğumuz beynəlxalq sazişlərə əməl edirik"
Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin 2020-ci ildə İnsan alverinə dair hesabatına münasibət bildirib.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hesabatda Türkiyənin insan alverinə qarşı mübarizəsinin daha da gücləndiyi təsdiqlənir.

Bununla belə, Türkiyə XİN hesabatda Türkiyənin insan alverinə qarşı mübarizədə daha yüksək kateqoriyada göstərilməməsindən məyusluğunu ifadə edib: “Türkiyə 4 milyona yaxın qaçqına ev sahibliyi etmək və miqrasiya yükünü qarşılamaqla böyük təcrübə qazanıb, insan alverinə qarşı mübarizə üzrə tam ixtisaslaşıb. Türkiyə insan alverinə qarşı mübarizə ilə bağlı qoşulduğu beynəlxalq sazişlərə əməl edir, xüsusi təlim keçmiş kadrları ilə mübarizə aparır, ildən-ilə bu sahədə beynəlxalq əməkdaşlığı genişləndirir”.

Türkiyə XİN ABŞ Dövlət Departamentinin hesabatında PKK/ YPG terror təşkilatının uşaqları qaçırmaq da daxil olmaqla, törətdiyi cinayətlərlə terrorçu və cinayətkar bir təşkilat olduğunun açıq şəkildə göstərildiyinə də diqqət çəkib: “Türkiyə XİN ABŞ-ın bu terror təşkilatının qanuni tərəfdaşı olmamağa dəvət edir. Hesabatda terrorçular tərəfindən qaçırılan övladlarının 303 gündür Diyarbəkirdə aksiya keçirməklə yolunu gözləyən 140 ailədən bəhs olunmaması da böyük çatışmazlıqdır”. /APA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.