Türkiyə geri addım atdı və NATO-nun müdafiə planı işə düşdü

2-07-2020, 21:07           
Türkiyə geri addım atdı və NATO-nun müdafiə planı işə düşdü
Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin 7 ay əvvəl veto qoyduğu müdafiə planı tətbiq olunmağa başlanılıb.

Bu barədə NATO-dan verilən yazılı açıqlamada vurğulanıb.

Vurğulanıb ki, NATO-nun Polşa və Baltik ölkələrini müdafiə planı rəsmi Ankaranın geri addım atması ilə qüvvəyə minib.

Xatırladaq ki, Krımın Rusiya tərəfindən ilhaq edilməsindən sonra NATO Polşa, Litva, Latviya və Estoniyanın tələbilə müdafiə planını təsdiq edib.

Təfərrüatının gizli olduğu müdafiə planına Türkiyə PYD terrorçu qruplaşmasına görə 7 ay əvvəl veto qoysa da sonradan geri addım atıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru