Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO

6-07-2020, 10:37           
Türkiyəli gəlin azərbaycanlı əri ilə rinqə çıxdı - VİDEO
Azərbaycan kikboks üzrə milli komandasının qadın üzvü Nehir Rəcəbzadə 4 ayləq fasilədən sonra həyat yoldaşı Bəhram Rəcəbzadə ilə birlikdə məşqlərə başlayıb.

Unikal.org xəbər verir ki, N.Rəcəbzadənin həyat yoldaşı ilə birlikdə rinqdə məşqi sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.
Hazırda Türkiyə də olan millimizin üzvləri, məşqlərini orada davam etdirirlər.

Qeyd edək ki, Avropa və dünya çempionu, k-1 üzrə beynəlxalq yarışların qalibi tanınmış kikboksçu Bəhram Rəcəbzadə kişilərdən ibarət millimizin üzvüdür. N.Rəcəbzadə isə qadınlardan ibarət milli komandamızın tərkibində çıxış edir.

Nehir azərbaycanlı ailəsinə gəlin köçmüş türkiyəli idmançıdır. O əslən cənubi Azərbaycandan olan "Altın Qurd" ləqəbli tanınmış kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadənin həyat yoldaşıdır.

Hər ikisi beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandırırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru