Türk Şurası bəyanat yaydı

15-07-2020, 00:09           
Türk Şurası bəyanat yaydı
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həll edilməlidir”.

Teref.az xəbər verir ki, bəyanat Türk Şurasının rəsmi saytında dərc edilib.

“Türk Şurasının baş katibi Bağdad Amreyev dərin narahatlığını bildirib və sıx əhaliyə malik sərhədyanı Tovuz rayonunun artilleriya atəşinə tutulmasını və beləliklə, bölgədə gərginliyin artmasını qətiyyətlə pisləyib. Baş katib ölənlərin ailələrinə, həmçinin Azərbaycan xalqı və hökumətinə başsağlığı verir, yaralılara isə şəfa diləyir. Baş katib tərəfləri dərhal döyüş əməliyyatlarını dayandırmağa, vəziyyətin deeskalasiyasına, həmçinin onları münaqişənin beynəlxalq səviyyədə qəbul edilmiş prinsip və normalar, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi müvafiq qətnamələr əsasında sülh həllinin yollarını axtarmağa çağırıb”. //Report.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru