“Azərbaycanlı hərbçilərin şəhid edilməsi cinayətdir” – Xamnəinin adamı

17-07-2020, 00:04           
“Azərbaycanlı hərbçilərin şəhid edilməsi cinayətdir” – Xamnəinin adamı
“Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması və azərbaycanlı hərbçiləri şəhid etməsi cinayətdir”.

Reportyorinfo-nun məlumatına görə, bunu İran Ali Liderinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amili deyib.

O bildirib ki, Ermənistan tərəfi yanlış yolu seçib və buna görə də regional və beynəlxalq dairələr onun cinayətini qınayır.

Şəhidlərə görə Azərbaycan xalqına başsağlığı verən İran Ali Liderinin nümayəndəsi bildirib ki, İran xalqı və dövləti həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.