Ərdoğan Beynəlxalq Valyuta Fondunu tənqid edib

4-02-2016, 09:11           
Ərdoğan Beynəlxalq Valyuta Fondunu tənqid edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Peru səfəri zamanı Beynəlxalq Valyuta Fondunu sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Ərdoğan BVF-ni kredit verdiyi ölkələrin siyasi hakimiyyətini idarə etməyə çalışdığını deyib.


"BVF-nin bizimlə bağlı proqnozlarının çoxu doğru çıxmadı. Mən Türkiyədə baş nazir vəzifəsinə gələndə BVF-yə borcumuz 23 milyard dollar idi, indi borcumuz yoxdur. BVF təkcə pul vermir, hətta verdiyi pulun necə xərcləndiyinə belə baxmır. Pul verdiyi ölkələri idarə etməyə çalışır.

Mən bunu zamanında BVF başçısına da dedim, belə bir şey fikirləşirsinizsə, mən başqa baş nazirlərə bənzəmərəm. Siz baxın kreditlər vaxtında ödənir yoxsa yox, başqa şeyləri heç ağlınızdan belə keçirməyin. İndi isə BVF bizdən 5 milyard dollar borc istədi. Amma hələ qapımıza gəlmədilər, demək ki, hazırda ehtiyacları yoxdur", -deyə Türkiyə prezidenti bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.