Türkiyənin baş naziri Rusiyanı hərbi cinayətlərdə ittiham etdi

5-02-2016, 09:20           
Türkiyənin baş naziri Rusiyanı hərbi cinayətlərdə ittiham etdi
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya və Bəşər Əsəd rejiminin digər müttəfiqlərini Suriyada hərbi cinayətlər törətməkdə ittiham edib.

O, fevralın 4-də Londonda keçirilən Suriya konfransında deyib ki, bu ölkədə humanitar böhranın ilk səbəbi, Suriya rejimi tərəfindən törədilən hərbi cinayətlər və “İslam Dövləti” qrupudur.

Davudoglu deyib ki, Əsəd rejiminə kömək edənlər də eyni cinayət işlədirlər.

O, Hələbin Rusiya təyyarələrinin güclü bombardmanı altında olduğunu deyib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İgor Konaşenkov isə Davudogluya cavab olaraq Türkiyəni Suriyaya intensiv hərbi müdaxiləyə hazırlaşmaqda ittiham edib.

Rusiya və İran Suriya müharibəsində Bashar Assadın, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar. (azadliq.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru