Egey dənizində 34 miqrant xilas edildi

14-03-2021, 00:02           
Egey dənizində 34 miqrant xilas edildi
Martın 13-ü gecə saatlarında Egey dənizində Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 34 miqrant saxlanılıb.

Unikal.org xəbər verir ki, hadisə Türkiyənin İzmir vilayətinin Karaburun rayonu yaxınlığında baş verib. Rezin qayıqlarla Türkiyə ərazisini tərk etmək istəyən miqrantların olduğu qayıq bölgədə hökm sürən əlverişsiz hava şəraiti və güclü külək səbəbindən istiqamətini dəyişib. Boğulma təhlükəsi ilə üzləşən miqrantların köməyinə Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları gəliblər.

Xilas edilən miqrantlar ölkələrinə geri qaytarılmaları üçün aidiyyəti qurumlara təhvil veriliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru