Sarkozidən şok Türkiyə ETİRAFI: - Avropa onlara qarşı ikiüzlülük sərgiləyib

25-03-2021, 12:47           
Sarkozidən şok Türkiyə ETİRAFI: -
Fransanın keçmiş prezidenti Nikola Sarkozi dövlət televiziyası "France TV"-yə danışıb və Türkiyə ilə bağlı sualları da cavablandırıb.

Publika.az xəbər verir ki, eks-prezident Avropanın Türkiyə ilə olan diplomatiyasında ikiüzlülük sərgilədiyini qeyd edib.

Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərdən bəhs edən Sarkozi o dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın özü ilə heç bir probleminin olmadığını dilə gətirib.

"Mənim problemimim Türkiyənin avropalı olmaması idi. Avropa Türkiyəyə qarşı diplomatiyada əsl ikiüzlülük sərgiləyib. Heç kim həqiqəti deməyə cəsarət etmədi, amma mən Türkiyəyə həqiqəti söyləməyi, dürüst olmağı seçdim. Çünki mən o ölkəni və türk xalqını sevirəm. Türklər cəsur, dürüst insanlardır", - Sarkozi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru