"Kədərdə də, sevincdə də birlikdəyik" - Hulusi Akar yardıma getmiş azərbaycanlı həkimləri ziyarət edib

26-02-2023, 17:24           
"Kədərdə də, sevincdə də birlikdəyik" -
Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Kahramanmaraşdakı səhra xəstəxanasında azərbaycanlı hərbçilərlə görüşüb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Akar zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib:

“Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - nazir hərbçilərlə görüşdə bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru