Türkiyədə “yaşıl inqilab” planı: - Kılıçdaroğlu layihəsi açılır...

10-05-2023, 19:28           
Türkiyədə “yaşıl inqilab” planı: -
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı 4 günlük danışıqlardan sonra sülh prosesi istiqamətində fəallıq müşahidə edilir. Bu fəallıq fonunda sülh mətni üzərində razılaşmanın olacağına dair ümidverici fikirlər eşidilir. Əslində isə Vaşinton görüşlərindən sonra bu cür proseslərin baş verəcəyi proqnozlaşdırılırdı. Çünki bütün hallarda bundan öncəki Vaşinqton görüşündən sonra da belə hal yaşanmışdı. Əslində Rusiya ABŞ-ı zərərsizləşdirmək üçün belə gedişlər edir. Bu da Ermənistanın əli ilə olunur. Ona görə də, Brüssel görüşündən də ciddi nəsə əldə olunacağına ümid yoxdur. İndiyə kimi nəticəsiz qalmış görüşlər kimi növbəti Brüssel görüşünün də nəticəsinin olacağı inandırıcı deyil.

TEREF.AZ bildirir ki, bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

Onun fikrincə, 4 günlük Vaşinqton görüşləri zamanı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verdi ki, Azərbaycanla Ermənistan arasında razılaşma birmənalı şəkildə üçtərəfli razılaşmaya uyğun olmalıdır: “Faktiki olaraq isə üçtərəfli razılaşmanın Azərbaycan üçün ciddi bir əsası yoxdur. Çünki bu sənəd Azərbaycan tərəfindən paraflanmayıb və parlament tərəfindən ratifikasiya edilməyib deyə onun hüquqi gücü yoxdur. Sadəcə olaraq Rusiya bu razılaşmanı gündəmə gətirməklə özünün Qafqaza olan niyyətindən imtina etməcəyini nümayiş etdirir”.

Politoloq hesab edir ki, Nikol Paşinyan ötən gün Moskvaya elə-belə getməmişdi:

“Ona bu səfərində növbəti dəfə təlimat verilib. Paşinyanın bu günlərdə 1975-ci ilin xəritəsi ilə Azərbaycanla sərhədləri dəqiqləşdirməyə hazır olduğunu deməsi də heç də təsadüfi deyil. Əslində Paşinyan bu cür məsələləri gündəmə gətirmədən hələ də işğalda saxlanılan Azərbaycana məxsus 8 kəndin ərazisinə bir daha baxmaq lazımdır. Azərbaycanın anklavları olan ərazilər bura aid edilirsə buna dövlətimiz heç bir halda razı olmayacaq”.

Cümşüd Nuriyevə görə, Ermənistan və onun himayədarları nə qədər oyun oynasalar da Azərbaycan öz maraqlarında hər dəfə bir addım önə gedir:

“Laçında Azərbaycan sərhəd-buraxılış postu qurduqdan sonra erməni tərəfi narahat olmağa başlayıb. Qarabağda yaşayan ermənilər də tam nəzarətə götürülmək üzrədir. Burada İranın da narkotrafikə görə narahatlığı artıb. Ümumilikdə isə indi bölgədə gedən proseslırin gedişi Türkiyədəki seçkilərdən asılıdır. Rəcəb Tayyib Ərdoğanın seçkidə qalib gəlməsinə şübhə yoxdur. Amma ikinci tur məsələsi olsa gərginlik davam edə bilər. Eyni zamanda seçkidən sonra Türkiyə üçün Kamal Kılıçdaroğlunu dəstəkləyən Qərb hansı layihəni hazırlayacaqsa, ona da hazır olmaq lazımdır. Əgər "yaşıl inqilab" olacaqsa buna uyğun davranış ortaya qoyulmalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.