Türkiyə Azərbaycanın “Su-25” döyüş təyyarələrini modernləşdirəcək
10-05-2023, 19:53
Türkiyə Azərbaycanın “Su-25” tipli döyüş təyyarələrini modernləşdirəcək.
Bu barədə Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir məlumat verib.
O qeyd edib ki, layihə çərçivəsində müəyyən silah sistemlərinin inteqrasiyası, ağıllı sistemlərin əlavə edilməsi prosesi nəzərdə tutulur və bu istiqamətdə işlər həyata keçirilir.