Türkiyədə DƏHŞƏT: uşağı qaçırıb suda boğdular

11-05-2023, 10:11           
Türkiyədə DƏHŞƏT: uşağı qaçırıb suda boğdular
Türkiyədə qaçırılan uşaq öldürülüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, Mersinin Yenişehir rayonundakı Türksat küçəsində yaşayan suriyalı zərgər Halit Hayankedin oğlu 12 yaşlı Xaled Hayanked bağçada oynayarkən yoxa çıxıb. Daha sonra telefonla ailəyə zəng edən şəxs uşağın onların əlində olduğunu bildirib və 400 min avro pul tələb edib. Uşağın atası bu barədə polisə xəbər verib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, uşağın hadisə yerini tərk etmədiyini müəyyən edib.

Polis oğlanın xalçaya bükülmüş meyitini 3 bloklu ərazinin A blokunun zirzəmisində aşkar edib. Suda boğularaq öldürülən uşaq torpağa tapşırılıb.

Hadisə yerində qapıçı olan 42 yaşlı H. C. saxlanılıb. Qətli törətdiyini etiraf edən şübhəli həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.