ƏRDOĞAN KÜRDLƏRƏ MÜRACİƏT ETDİ: "Kürd qardaşlarım, "Türk əsri"ni birlikdə quracağıq"

11-05-2023, 12:30           
ƏRDOĞAN KÜRDLƏRƏ MÜRACİƏT ETDİ:
14 May seçkilərinə 2 gün qalmış prezident Ərdoğan sosial media hesabından kürdlərə mühüm mesajlar verib.

Mia.az xəbər verir ki, “Kürd qardaşlarım” sözləri ilə başladığı uzun mesajında ​​bu günə qədər görülən işlərə diqqət çəkən Ərdoğan Türkiyənin yüz ilində ölkəni irəliyə birgə aparmaq istədiyini bildirib:

"Əziz kürd qardaşlarım, ananızın ağ südü kimi halal olan haqqlarınızı sizə çatdırmaq üçün çox mübarizə apardıq. Anaların ağlamasın, ürəklərinə atəş düşməsin deyə çox çalışdıq. Səmimi çabalarımıza sizlər şahidsiniz. Özümüzə və öönümüzə hansı tələlərin qurulduğunu da çox yaxşı bilirsiniz. Təbii ki, çatışmazlıqlarımız, görmək istədiyimiz, ancaq görə bilmədiyimiz işlər də var. Amma Türkiyə üçün hüquq və azadlıqlar sahəsində əldə etdiklərimiz göz qabağındadır. Biz bunlaırn geri dönüşünə qəti şəkildə icazə verməyəcəyik.

Kim köhnə Türkiyəni terror təhlükəsi altında diriltməyə çalışsa, bizi onun qarşısında olacağıq. Kim zavallı kürd uşaqlarının əlinə silah verib polis, əsgər və xalqımıza güllə sıxdırmağa göndərsə, qarşısında bizi görəcək. Kim imperialist qüdrətlər adından millətimizin rahatlığına qəsd edərsə, qarşısında bizi görəcək. Kim sizlərin haqqını tapdalamağa çalışsa, Tayyib Ərdoğanı, Cumhur İttifaqını görəcək. Rəbbim ömür, millıtimiz də yetki verdikcə, bu ölkədə analar bir daha ağlamayacaq. Bizim balalarımızı heç kim zorla dağa apara bilməyəcək.

Gecə ilə terror qaranlığı çökməyəcək şəhərlərimizə... Heç kim mənim kürd qardaşımı təhdid edə bilməyəcək, silah gücü ilə onun iradəsini ələ ala bilməyəcək! Türkiyə bütün 85 milyon insan üçün daha azad, dinc və firavan bir yerə çevrilənə qədər çalışacağıq. Kürd qardaşlarımızın dəstəyi ilə Türk Əsrini birlikdə quracağıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.