Türkiyədə seçki prosesinə əməl etməyən yayım orqanları cəzalandırılacaq facebook
12-05-2023, 09:14
Türkiyədə seçki prosesinə dair qadağalara əməl etməyən yayım orqanları cəzalandırılacaq. Bu barədə Radio və Televiziya Ali Şurası (RTÜK) bəyanat yayıb. “Seçki günü saat 18:00-21:00 arası Yüksək Seçki Şurası (YSK) tərəfindən veriləcək xəbərlər dərc oluna bilər. Seçkilərin nəticələrini açıqlamaq, yalan məlumat vermək və manipulyasiya xarakterli materiallar hazırlamaq qəti qadağandır. Saat 21:00-dan sonra isə bütün yayımlar sərbəst olacaq”, – deyə bildirilib.