Ərdoğan İncənin namizədliyini niyə geri götürdüyünü açıqladı - "Bay-bay Kamal kasetlə gəldi, indi də..." + VİDEO

12-05-2023, 00:11           
Ərdoğan İncənin namizədliyini niyə geri götürdüyünü açıqladı -
Seçicilərlə görüşünü davam etdirən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Sincanda mühüm açıqlamalar verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncənin prezidentliyə namizədliyindən geri çəkilməsi ilə bağlı yenidən danışan Prezident Ərdoğan onun belə bir addım atmağa məcbur edildiyini bəyan edib.

Buna görə "Millət ittifaqı"nın namizədi Kamal Kılıçdaroğlunu FETÖ ilə işbirliyində ittiham edib: "Bay-bay Kamal kasetlə gəldi. İndi də prezidentliyə namizədlərdən birini seçimdən kənarda buraxdı. Bunu hansı yolla etdiyi sabah və ya biri gün bəlli olacaq. Çünki onların bütün işləri fırıldaqdan ibarətdi. Dünən onu kasetle partiya sədrliyinə gətirənlər bu gün eyni üsulla prezident postuna oturtmağa çalışırlar. Bu məqsədlə hansısa yolla prezidentliyə namizədi geri çəkilməyə məcbur etdilər. Görünür, FETÖ üsulları yenidən işə başındadır. Ölkəmizdə siyasətin bu qədər aşağı səviyyəyə endirilməsinə razı ola bilmərik. Bay-bay Kemal senin kasetlə gəldiyini bilirik. Ancaq bu dəfə millət sənin kasetle bir yerlere gətirilməyinə imkan verməyəcək!"













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru