Kamal Kılıçdaroğlu gələcək kabinetində İncəyə nəsə vəd etsə,...

12-05-2023, 10:14           
Kamal Kılıçdaroğlu gələcək kabinetində İncəyə nəsə vəd etsə,...
Kamal Kılıçdaroğlunun prezidentliyə namizədlikdən geri çəkilən Muharrem İncənin səslərinə ehtiyacı var. Kılıçdaroğlu bu məqsədlə İncə ilə görüşməyə çalışacaq.
Muharrem İncə 2018-ci il prezident seçkisindən sonra üzvü olduğu Cumhuriyyət Xalq Partiyasına küskün oldu, ona dəstək verilmədiyindən şikayətçi idi.
İncə CXP-dən ayrılaraq Məmləkət Partiyasını qurdu. İncə son illərdə CXP-ni və keçmiş liderini tənqid edirdi. Ancaq bunlar indi geridə qalıb və mərhum dövlət başçısı Süleyman Dəmirəlin sözü olmasın “siyasətdə 24 saat böyük müddətdir”.
Yəni siyasətçi dünən dediyinin əksinə olaraq bu gün mövqeyində dəyişiklik etmək və bunun izahını vermək bacarığına malik olmalıdır. Ona görə də Kamal Kılıçdaroğlu gələcək kabinetində İncəyə nəsə vəd etsə, anlaşa da bilərlər.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru